Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını təbrik etdi FOTO

SİYASƏT

15 İyun 2023 16:21

Oxunma sayi: 801
Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını təbrik etdi   FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bununla bağlı Türkiyə Prezidenti öz “Facebook” hesabında paylaşım edib.

“Qardaşımız, can dostumuz, qədim yol yoldaşımız olan Azərbaycanı 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Bütün azərbaycanlı qardaşlarıma Türkiyənin salamlarını və sevgilərini çatdırıram”, - R.T.Ərdoğanın paylaşımında qeyd olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!