Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub YENİLƏNİB + VİDEO

SİYASƏT

13 İyun 2023 12:00

Oxunma sayi: 3473
Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub   YENİLƏNİB + VİDEO

Azərbaycan Respublikası Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 13-də rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səslənib.

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan əsgərlərini salamlayıb.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycan nümayəndə heyəti Türkiyə Prezidentinə, Türkiyə nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

*****************

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilir. 

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Həmin görüntüləri təqdim edirik:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!