“Report”un müxbiri Adıyamanda: Zəlzələ zamanı azərbaycanlı tələbələr harada olublar?

SİYASƏT

15 Fevral 2023 22:30

Oxunma sayi: 1283
“Report”un müxbiri Adıyamanda:  Zəlzələ zamanı azərbaycanlı tələbələr harada olublar?

“Adıyaman Universitetində Azərbaycandan təhsil alan yeddi tələbə zəlzələ baş verdiyi vaxt şəhərdə olmadığı üçün heç bir zərərə məruz qalmayıb”.

Azmedia.az xəbər verir ki, bu barədə “report”un Adıyamana ezam olunmuş əməkdaşı ali təhsil müəssisəsinin xarici tələbələr üzrə bölməsindən məlumat əldə edib.

Bildirilib ki, fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş şəhəri olan zəlzələdən ən çox zərər çəkən Adıyaman vilayətində həmin vaxt azərbaycanlı tələbələr olmayıblar. Onlar tədris dönəminin birinci yarımilini başa vuraraq tətilə gediblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!