Rəsmi Vaşinqtondan təxirə salınan görüşlə bağlı Açıqlama

SİYASƏT

14 İyun 2023 10:50

Oxunma sayi: 600
Rəsmi Vaşinqtondan təxirə salınan görüşlə bağlı   Açıqlama

“Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ABŞ-də keçirilməsi planlaşdırılan danışıqların növbəti raundunun təxirə salınması iş qrafiki ilə bağlı olub”.

Azmedia.Az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller brifinq zamanı deyib.

Onun sözlərinə görə, ABŞ tərəflər arasında danışıqların keçirilməsini səbirsizliklə gözləyir: “Məsələlərin həlli üçün açar birbaşa dialoqdur”.

Xatırladaq ki, daha əvvəl Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların növbəti raundunun iyunun 12-də başlayacağını bildirmişdi. Görüş daha sonradan təxirə salınıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!