Reuters: Bayden NATO ya Polşaya düşən raketin Ukraynaya aid olduğunu dedi

SİYASƏT

16 Noyabr 2022 15:00

Oxunma sayi: 446
Reuters:  Bayden NATO   ya Polşaya düşən raketin Ukraynaya aid olduğunu dedi

ABŞ prezidenti Co Bayden ölkənin NATO-dakı tərəfdaşlarına bildirib ki, Polşanın Lyublin vilayətinin Prjevoduv kəndinə düşən mərmilər Ukrayna hava hücumundan müdafiə raketləridir.

Azmedia.Az xəbər verir ki, bundan əvvəl Amerika lideri raketlərin Rusiya tərəfindən buraxılması ilə bağlı ilkin olaraq Polşa və Ukrayna tərəfindən yayılan versiyanı artıq “çox çətin” adlandırmışdı.

Daha sonra o, müvafiq araşdırmanın nəticələrinin tezliklə məlum olacağını bildirib.

Bundan öncə isə Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, hərbi-sənaye kompleksinin mütəxəssisləri birmənalı olaraq təyyarənin qalıqlarını “Ukrayna Hərbi Hava Qüvvələrinin S-300 zenit-raketinin elementləri” kimi müəyyən ediblər.

mənbə:mk.ru

Azmedia.Az 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!