Rişi Sunak: “Britaniya enerji keçidində Azərbaycanın əsas tərəfdaşı olacaq”

SİYASƏT

09 Mart 2023 14:00

Oxunma sayi: 667
Rişi Sunak:  “Britaniya enerji keçidində Azərbaycanın əsas tərəfdaşı olacaq”

Bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və Ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunakın məktubu oxunub.

Azmedia.Az  xəbər verir ki, Baş nazirin məktubunda qeyd edilib ki, bu gün Azərbaycanın yaşıl enerji təşəbbüsü, enerjinin Qara dənizin dibi ilə ötürülməsi məsələsi çox vacibdir.

“Bundan sonra da Böyük Britaniya enerji keçidində Azərbaycanın əsas tərəfdaşı olacaq” - məktubda bildirilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!