Ruhunuz şaddır, ulu öndər, vəsiyyətiniz yerinə yetirildi! VİDEO

SİYASƏT

10 May 2023 18:45

Oxunma sayi: 746
Ruhunuz şaddır, ulu öndər, vəsiyyətiniz yerinə yetirildi!   VİDEO

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev - o, dünənindən bu gününə və sabahına inamla addımlayan qalib Azərbaycanın qüdrətli şəxsiyyətidir. “Azərbaycan durduqca mən var olacağam” deyən, Azərbaycanı tarixin çətin sınaqlarından uğurla çıxaran, müstəqil və müasir Azərbaycanın qurucusunu illər keçdikcə daha dərindən dərk edirik.

Onun qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində bu gün Azərbaycan yeni uğurlar qazanır. Geniş bilik və dərin təfəkkür sahibi olan ulu öndər Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə xalqına xidmət edib.

Siyasətdən iqtisadiyyata, mədəniyyətdən ictimai hadisələrə qədər bütün sahələrdə onun tarixi imzası Azərbaycanın vizit kartına çevrilib. Xalqı öz ətrafında birləşdirən lider çoxəsrlik mənəvi-mədəni irsə sahib olan və sivilizasiyaların qovşağında yerləşən Azərbaycanı tolerantlıq məkanı kimi bütün dünyaya tanıdıb.

Azərbaycanın rəmzi kimi tanınan lider sülh, dövlətlərin ərazi bütövlüyünə hörmət, faydalı əməkdaşlıq siyasəti ilə bu gün tarixi Zəfərə imza atan Azərbaycanın memarıdır.

“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyən, tarixi ədalətin bərpası və güclü Azərbaycan uğrunda ömrünü fəda edən, onu etibarlı əllərə əmanət edən ulu öndərin vəsiyyəti şərəflə və qürurla yerinə yetirildi: Xalq Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” dedi. Xalq onun arzularını gerçəkləşdirərək, açdığı cığırla uğurla addımladı və möhtəşəm qələbələrə imza atdı! Azərbaycanın qalibiyyət tarixinin təməlini qoyan şəxsiyyət, sənin görmək istədiyin QÜDRƏTLİ Azərbaycan etibarlı əllərdədir. “Gedəcəyik, inanın ki, gedəcəyik”, “Biz onlarsız yaşaya bilmərik” çağırışlarının, “Gözün aydın olsun, Azərbaycan!” təbrikinin nidası ilə dünyaya meydan oxudu.

Ruhunuz şaddır, ulu öndər! Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclənir, bütövləşir və tarixi ədalət bərpa olunur!

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!