Rumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi olub FOTO

SİYASƏT

02 Fevral 2023 18:36

Oxunma sayi: 557
Rumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi olub   FOTO

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Rumıniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannisi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Rumıniya Prezidentinə raport verib.

Prezident Klaus Yohannis Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Rumıniyanın və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Rumıniya Prezidentinə, Rumıniya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Klaus Yohannisin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

                   
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!