Rus məktəbləri yeni tarixlərini dərsliklərdən öyrənəcəklər

SİYASƏT

24 Aprel 2023 22:24

Oxunma sayi: 469
Rus məktəbləri yeni tarixlərini dərsliklərdən öyrənəcəklər

Rusiya Federasiyasının təhsil naziri Sergey Kravtsov 11-ci siniflər üçün xüsusi hərbi əməliyyat bölmələri olan yeni tarix dərsliyinin hazırlandığını bildirib.

“Dərslik artıq Vladimir Medinski və Anatoli Torkunov (MDBMİ-nin rektoru – red.) tərəfindən hazırlanıb”, – deyə nazir bildirib.

Prezidentin köməkçisi Medinski, daha əvvəl bildirildiyi kimi, Rusiya tarixi və dünya tarixi üzrə vahid dərsliklərin yaradılması üzrə işçi qrupuna rəhbərlik edir.

Kravtsov əlavə edib ki, tezliklə onuncu siniflər üçün də dərslik hazırlanacaq.

Dərslik 2024-2025-ci tədris ilindən məktəblərdə geniş istifadə olunacaq.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!