Rusiya ABŞ la danışıqları ləğv edib

SİYASƏT

29 Noyabr 2022 11:18

Oxunma sayi: 444
Rusiya ABŞ   la danışıqları ləğv edib

Rusiya diplomatları birtərəfli qaydada amerikalı həmkarları ilə strateji hücum silahları məsələlərinə dair görüşdə iştirakdan imtina ediblər.

 

Məlumata görə, Strateji Hücum Silahları Müqaviləsi çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin görüşləri noyabrın 29-dan dekabrın 6-dək Qahirədə keçirilməli idi.

Rusiya birtərəfli qaydada görüşü təxirə salıb və yeni tarixlər təklif edəcəyini bildirib.

Qeyd edək ki, Rusiya və ABŞ diplomatları arasında görüş Ukrayna müharibəsinin başlanmasından bəri ilk görüş olmalı idi və iki ölkə arasında siyasi dialoqun bərpasına ümidlər yaratmışdı.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!