“Rusiya bu qədər vətəndaşının ölümünə məhəl qoymadı” Zelenski

SİYASƏT

15 Oktyabr 2022 22:48

Oxunma sayi: 349
“Rusiya bu qədər vətəndaşının ölümünə məhəl qoymadı”   Zelenski

“Rusiya ordusunun Ukrayna ərazisində terror keçirmək imkanlarını azaltmaq üçün hər şeyi edirik. Ardıcıl olaraq terrorçuların anbarları və qərargahları məhv edilir”.
Azmedi.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

O, düşmənin ümumi itkilərinin 65 minə yaxınlaşdığını bildirərək, əsas hədəfinin işğalçıları torpaqlarından tamamilə çıxarılması və təcavüzkar qüvvələrin darmadağın edilməsi olduğunu bildirib:

“Rusiya bu qədər vətəndaşının ölümünə məhəl qoymadı. Hətta yüz min ölmüş Rusiya vətəndaşı belə, Kremli nə isə düşünməyə vadar etməyəcək. Ukrayna üçün reallıq qələbələr, özünün rus terrorundan və müxtəlif cür sanksiyalardan müdafiəsidir. Yalnız bunlar sülhə gedən yoldur”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!