Rusiya Ermənistana nota verdi

SİYASƏT

17 Avqust 2022 12:14

Oxunma sayi: 239
Rusiya Ermənistana nota verdi

Rusiyanın Ermənistandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota verib.

Azmedia.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya səfirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nota İrəvanın “Surmalu” ticarət mərkəzindəki partlayışla bağlı Ermənistan KİV-nin Rusiyanın fərqli strukturlarını ittiham etməsinə görə verilib.

Qeyd edək ki, avqustun 14-də baş vermiş hadisə nəticəsində 16 nəfər həyatını itirib, 3 nəfər itkin düşmüş hesab olunur. Ümumilikdə 62 nəfər zərər çəkib. Baş vermiş faciə ilə əlaqədar Ermənistanda avqustun 17-18-də ikigünlük matəm elan edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!