Rusiya Kleverli və Sandersi sanksiya siyahısına daxil etdi

SİYASƏT

14 Yanvar 2023 16:06

Oxunma sayi: 258
Rusiya Kleverli və Sandersi sanksiya siyahısına daxil etdi

Rusiyanın Böyük Britaniyaya tətbiq etdiyi şəxsi sanksiyalar siyahısına xarici işlər naziri Ceyms Kleverli və Baş Qərargah rəisi Patrik Sandersin də adı daxil edilib.

Azmedia.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, bu ilin yanvarında Böyük Britaniyanın antirusiya kursunu davam etdirməsi ilə əlaqədar bu ölkənin hökumətinin bir sıra üzvlərinin, hüquq-mühafizə orqanlarının və Böyük Britaniyanın jurnalist korpusunun nümayəndələrinin əlavə olaraq Rusiyanın “qara siyahısı”na daxil edilməsi qərara alınıb.

M.Zaxarova qeyd edib ki, bu siyahıya Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli, Regionların sosial-iqtisadi inkişafı, mənzil, icma və yerli idarəetmə naziri Maykl Qov, Lankaster Hersoqluğunun kansleri Oliver Douden, Baş Qərargah rəisi Patrik Sanders, Britaniya Silahlı Qüvvələrinin Strateji Komandanlığı və Milli Kibertəhlükəsizlik Mərkəzi rəhbərliyinin nümayəndələri daxil edilib.

Qeyd edək ki, bundan öncə Rusiya XİN-in açıqlamasında ümumilikdə 36 britaniyalı siyasətçi və jurnalistə sanksiya tətbiq edildiyi bildirilmişdi.//Axar.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!