Rusiya ordusu Xəzər dənizindən raket hücumuna keçib VİDEO

SİYASƏT

13 İyun 2023 19:35

Oxunma sayi: 2356
Rusiya ordusu Xəzər dənizindən raket hücumuna keçib   VİDEO

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Rusiya ordusu Xəzər dənizindən raket hücumuna keçib:

“Hücum nəticəsində Xerson, Nikolayev, Krivoy Roq şəhəri ciddi dağıntılara məruz qalıb. Krivoy Roq şəhərində beşmərtəbəli yaşayış binası tamamilə məhv edilib. Ölən və yaralananların olduğu bildirilir”.

M.Aslanovun sözlərinə görə, Ukraynanın əks-hücum əməliyyatları əsasən Zaporojye vilayətində daha uğurlu həyata keçirilir.

“Son iki gündə Ukrayna ordusu tərəfindən beşdən çox yaşayış məntəqəsi azad edilib. Əməliyyat zamanı xeyli rus əsgəri əsir götürülüb”, - deyə jurnalist əlavə edib.

Ətraflı videonu təqdim edirik:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!