Rusiya sərhədlərini bağlayacaq?

SİYASƏT

19 Oktyabr 2022 17:30

Oxunma sayi: 389
Rusiya sərhədlərini bağlayacaq?

Rusiyanın ilhaq etdiyi ərazilərdə hərbi vəziyyət elan olunması ilə əlaqədar olaraq ölkə sərhədlərinin bağlanması planlaşdırılmır. 

Azmedia.Az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu gün Xerson və Zaporojye vilayətlərində, eləcə də “Luqansk və Donetsk Xalq Respublikaları”nda hərbi vəziyyətin tətbiq olunması ilə bağlı sərəncam imzalayıb. Buna səbəb kimi isə Ukrayna tərəfindən hücum ehtimalı göstərilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!