Rusiya Ukrayna ilə viza rejimi tətbiq etməyə hazırlaşır

SİYASƏT

09 Sentyabr 2022 15:28

Oxunma sayi: 334
Rusiya Ukrayna ilə viza rejimi tətbiq etməyə hazırlaşır

Rusiya bütün Ukrayna vətəndaşları üçün viza rejimi tətbiq edə bilər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Kiyev artıq iyulun 1-dən rusiyalılar üçün viza rejimi tətbiq edib.

Buna qədər Rusiya vətəndaşları Ukraynaya vizasız daxil olub, 90 gün ərzində ölkədə qala bilirdilər.

Bunun üçün sərhəddə pasport təqdim etmək kifayət idi.

Mənbə: MK

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!