Rusiya Ukraynada 100 min hərbçi, 3000 dən çox tank, 6000

SİYASƏT

22 Dekabr 2022 10:21

Oxunma sayi: 454
Rusiya Ukraynada 100 min hərbçi, 3000   dən çox tank, 6000

Ukraynada müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 100 mindən çox şəxsi heyəti məhv edilib.

Azmedia.Az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bundan başqa, Rusiya ordusu 3000-dən çox tank, 6000-ə yaxın zirehli texnika itirib.

Məlumata görə, Ukrayna ordusu son sutkada Rusiya qüvvələrinin Donetsk və Luqansk vilayələtləri istiqamətində 16 yaşayış məntəqəsinə hücumunu dəf edib.

Ötən sutka Rusiya ordusu Zaporojye vilayətinin mülki obyektləri də daxil olmaqla Ukrayna ərazisinə 6 raket və 15 aviazərbə endirib.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri 2022-ci il fevralın 24-də “xüsusi əməliyyat” adı altında Ukraynaya qarşı müharibəyə başlayıb.

.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!