Rusiya və İran XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər

SİYASƏT

12 Yanvar 2023 13:10

Oxunma sayi: 327
Rusiya və İran XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər

Rusiya və İran XİN rəhbərləri Moskvada görüşəcək.

Azmedia.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransı zamanı deyib.

Rusiya XİN: Türkiyənin cənub sərhədləri ilə bağlı həssaslığını anlayışla qarşılayırıq
KTMT gələn il NATO ilə sərhəddə hərbi təlimlər keçirəcək
2023-cü ildə MDB-yə Qırğızıstan sədrlik edəcək

Zaxarova qeyd edib ki, görüş zamanı Sergey Lavrov və Hüseyn Əmir-Abdullahian Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.

Tərəflər həmçinin Suriyadakı vəziyyət, Xəzər dənizi ilə bağlı məsələlər və İranın nüvə proqramı barədə də danışacaqlar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!