Rusiya XİN dən Ermənistana çağırış

SİYASƏT

21 İyun 2023 20:21

Oxunma sayi: 448
Rusiya XİN   dən Ermənistana çağırış

“Rusiya Ermənistanı üçtərəfli formatda aparılan işlərdən yayınmamağa çağırır”.

Bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz İrəvanı üçtərəfli formatda işdən yayınmamağa çağırırıq. Onların fəaliyyətindəki durğunluq regiondakı vəziyyətə pis təsir edir və ümumiyyətlə, ərazidə vəziyyətin gərginləşməsinə səbəb olur”, - Zaxarova qeyd edib.

Mənbə: TASS

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!