Rusiyada səfərbərlik çağırışına gedənlərə pul veriləcək

SİYASƏT

22 Sentyabr 2022 14:24

Oxunma sayi: 350
Rusiyada səfərbərlik çağırışına gedənlərə pul veriləcək

Qismən səfərbərlik çərçivəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin sıralarına çağırılan Rusiya vətəndaşları aylıq azı 205 min rubl (5,699 AZN) alacaqlar.

Bu barədə Yakutiyanın (Saxa Respublikası) hərbi komissarı Aleksandr Avdonin brifinq zamanı bildirib:

“Səfərbərliyə çağırılan bütün vətəndaşlar müqavilə əsasında xidmət edən hərbi qulluqçulara bərabər tutulurlar, vəzifəsindən və hərbi rütbəsindən asılı olaraq eyni miqdarda - 205 min rubldan başlayaraq pul müavinəti alacaqlar”.

Avdonin qeyd edib ki, ilk növbədə hərbi xidmətə üç il əvvəldən çox olmayan müddətdə hərbi xidmət keçmiş, həmçinin hərbi xidmət bacarığı olan gənclər cəlb edilirlər.

Qeyd olunur ki, bölgələr dəstək tədbiri kimi vətəndaşlara əlavə məbləğlər ödəyə bilərlər.

Xatırladaq ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dünən, 21 sentyabr tarixində ölkə ərazisində qismən səfərbərlik elan edib.

Mənbə: İzvestiya

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!