“Rusiyaya heç vaxt “Bayraktar” satılmayacaq”

SİYASƏT

19 İyul 2022 09:16

Oxunma sayi: 119
“Rusiyaya heç vaxt “Bayraktar” satılmayacaq”

Rusiyaya heç vaxt “Bayraktar” satılmayacaq.

“Qafqazinfo” xəbər verir ki, bunu “CNN International”a müsahibəsində “BAYKAR Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar deyib.

Jurnalistin ““Baykar” Rusiyaya “Bayraktar TB2” satarmı?” sualını cavablandıran şirkət rəhbəri bildirib:

“Heç vaxt belə bir şey etmərik. Çünki biz Ukraynanın suverenlik və müstəqillik uğrunda müqavimətini dəstəkləyirik”.

Haluk Bayraktar onu da bildirib ki, şirkət Ukraynaya PUA-ları ödənişsiz təqdim edir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!