Saakaşvilinin bədənində “mışyak“ aşkarlanıb

SİYASƏT

28 Noyabr 2022 16:03

Oxunma sayi: 502
Saakaşvilinin bədənində  “mışyak“ aşkarlanıb

Saakaşvilinin bədənində "mışyak" aşkarlanıb.

Azmedia.Az Ria.ru -ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Şalva Xaçapuridze bildirib.

O jurnalistlərə bildirib ki, dırnaq testləri hələ alınmayıb. Ancaq telefon danışığı zamanı məlum olub ki, başqa bir maddə də aşkarlanıb.

Xatırladır ki, Saakaşvilinin sağlamlıq vəziyyətinin müayinəsi və toksikoloji tədqiqatı Gürcüstanın Ombudsman Aparatının tibb işçiləri ilə yanaşı xarici ekspertlər tərəfindən də aparılıb.

Daha əvvəl Xaçapuridze demişdi ki, müdafiə etdiyi şəxsin 30-dan çox xəstəliyi, o cümlədən demensiya və vərəm xəstəlikləri də ola bilər.

 

Əliyeva Ülkər

Mənbə: Ria.ru

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!