Sahibə Qafarova Məclisə “Togg“la getdi FOTO

SİYASƏT

28 Aprel 2023 15:47

Oxunma sayi: 1322
Sahibə Qafarova Məclisə “Togg“la getdi   FOTO

Türkiyədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova ilk yerli elektromobil olan "Togg"a minib.

Azmedia.Az  Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəhbəri Mustafa Şentopun idarə etdiyi avtomobildə Azərbaycan, Qazaxıstan və Qırğızıstanın parlament sədrləri qaldıqları hoteldən TBMM-ə gediblər.

"Togg"a minən Sahib Qafarova da avtomobil haqqında fikirlər səsləndirib: "Bizim üçün çox xoş gün oldu. Mustafa bəyin rəhbərliyi ilə bura gəldik. Çox gözəl, çox rahatdır. Prezident İlham Əliyevə də hədiyyə verilib. İnşallah bu avtomobillər Azərbaycanda da olacaq".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!