Sahil Babayev: “Dövlət sektorunda layiqli əməkhaqqının verilməsi getdikcə çətinləşəcək”

SİYASƏT

02 İyun 2023 17:00

Oxunma sayi: 1982
Sahil Babayev:  “Dövlət sektorunda layiqli əməkhaqqının verilməsi getdikcə çətinləşəcək”

“Azərbaycanda dövlət sektorunda layiqli əməkhaqqının verilməsi getdikcə çətinləşəcək”.

Azmedia.Az  xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Milli Məclisdə keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin edilməsi layihəsinin müzakirəsi zamanı deyib.

“Dövlət sektorunu limitsiz artıraraq böyük bir yükü növbəti dövrlərə daşımağımız onunla nəticələnəcək ki, dövlət sektorunda layiqli əməkhaqqının verilməsi getdikcə çətinləşəcək”, - nazir bildirib.

S.Babayevin sözlərinə görə, dövlət sektorunda daim optimallaşdırma aparılmalıdır:

“Bu gün də bu optimallaşdırma aparılır. Amma bu həmin şəxslərin işsiz qalması ilə nəticələnməli deyil. O şəxslər üçün fərdi məşğulluq proqramları həyata keçirilməlidir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!