Salyanın yeni icra başçısı kollektivə təqdim olunub

ÖLKƏ

18 Sentyabr 2024 11:19

Oxunma sayi: 142
Salyanın yeni icra başçısı kollektivə təqdim olunub

Salyan Rayon İcra Hakimiyyətinin yeni başçısı Rüstəm Xəlilov bu gün rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Azmedia.Az xəbər verir ki, yeni icra başçısını kollektivə Prezidentin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev təqdim edib.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

R.Xəlilov ona göstərilən etimada görə minnətdarlıq edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!