Şarl Mişel İlham Əliyev və Nikol Paşinyanla Cənubi Qafqazdakı son durumu müzakirə edib FOTO

SİYASƏT

25 Mart 2023 19:05

Oxunma sayi: 1000
Şarl Mişel İlham Əliyev və Nikol Paşinyanla Cənubi Qafqazdakı son durumu müzakirə edib   FOTO

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə Ş.Mişel öz “Twitter” hesabında yazıb.

O, liderlərlə regiondakı son durumu müzakirə etdiyini bildirib.

Aİ Şurasının Prezidenti Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinə kömək etməyə hazır olduğunu vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!