Səfərbərlik Xidmətinin yeni rəisi kollektivə təqdim olunub YENİLƏNİB + VİDEO

SİYASƏT

17 Aprel 2023 16:25

Oxunma sayi: 4876
Səfərbərlik Xidmətinin yeni rəisi kollektivə təqdim olunub   YENİLƏNİB + VİDEO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunmuş Mürsəl İbrahimov kollektivə təqdim olunub.

Azmedia.Az  xəbər verir ki, M.İbrahimovu kollektivə Azərbaycan Prezidentinin köməkçisi Xalid Əhədov təqdim edib.

X.Əhədov Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrini kollektivə çatdırıb, xidmət rəisinə və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

********************

Mürsəl Qorxmaz oğlu İbrahimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

   
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!