Səfir: “Azəbaycan Almaniya üçün strateji cəhətdən vacib ölkədir“

SİYASƏT

30 Sentyabr 2019 13:04

Oxunma sayi: 327
Səfir: “Azəbaycan Almaniya üçün strateji cəhətdən vacib ölkədir“

Azəbaycan Almaniya üçün strateji cəhətdən vacib ölkədir.

 

Azmedia.Az Trend-ə istinadən xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq mətbuat konfransında deyib.

 

O, Azərbaycanda ilk dəfə 1994-cü ildə olduğunu deyib:

 

"O zaman ölkədə vəziyyət tamamilə başqa cür idi. Mən o dövrdə böhran yaşayan postsovet ölkələri üzrə departamentdə işləyirdim. Azərbaycanda səfir olmaq imkanı barədə eşidəndə öz namizədliyimi irəli sürdüm. Mən yeganə namizəd olmasam da, bəxtim gətirdi ki, bu ölkəyə səfir olaraq gəldim".

 

Səfir qeyd edib ki, son 12-15 ay ərzində Almaniyadan Azərbaycana nümayəndə heyətlərinin səfərlərinin sayı artıb:

 

"Bunun səbəbi Azərbaycanın Almaniyanı neftlə təmin edən beşinci ölkə olması deyil, Azərbaycanın Almaniya üçün strateji vacib ölkə olmasıdır".

 

O əlavə edib ki, 1,4 minə yaxın azərbaycanlı tələbə Almaniya universitetlərində təhsil alır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!