Səfir: “İyunun 1 də Kişineuda Bakı və İrəvan arasında sülh sazişi imzalana bilər”

SİYASƏT

26 May 2023 15:45

Oxunma sayi: 926
Səfir: “İyunun 1   də Kişineuda Bakı və İrəvan arasında sülh sazişi imzalana bilər”

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında iyunun 1-də Moldovanın paytaxtı Kişineuda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək görüş zamanı sülh sazişi imzalana bilər”.

Bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva xarici jurnalistlərə açıqlamasında deyib.

“Ümid edirik ki, iyunun 1-də Kişineuda, nəhayət, sülh müqaviləsi imzalanacaq. Bu fürsəti qaçırmaq olmaz”, - diplomat vurğulayıb.

**************

Bakı və İrəvan yaxın bir neçə gün ərzində sülh sazişi imzalaya bilər.

Bu barədə “Reuters” Azərbaycan səfirinə istinadən xəbər verib.

Tərəflər arasında razılığa iyunun 1-də Kişineuda (Moldova) Avropa Siyasi Birliyinin sammiti zamanı gəlinəcəyi düşünülür.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!