Səfirliyimizə qarşı törədilən terror aktında yaralananların təxliyəsi başa çatıb RƏSMİ + FOTO

SİYASƏT

30 Yanvar 2023 01:00

Oxunma sayi: 798
Səfirliyimizə qarşı törədilən terror aktında yaralananların təxliyəsi başa çatıb   RƏSMİ + FOTO

29 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının, onların ailə üzvlərinin, səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində yaralanmış həmkarlarımızın təxliyəsi başa çatıb.

Bu barədə Xarici İşlər Nazirliyi öz “Twitter” səhifəsində yazıb.

“Allah şəhidimiz Orxan Əsgərova rəhmət eləsin!”, - deyə nazirlik bildirib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!