Şəhid Orxan Əsgərovun nəşi İkinci Şəhidlər xiyabanında dəfn olundu YENİLƏNİB

SİYASƏT

30 Yanvar 2023 12:40

Oxunma sayi: 912
Şəhid Orxan Əsgərovun nəşi İkinci Şəhidlər xiyabanında dəfn olundu   YENİLƏNİB

Şəhid Orxan Əsgərovun nəşi İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb. 

Azmedia.Az xəbər verir ki, dəfndən əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, havaya yaylım atəşi açılıb.

Mərasimdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, daxili işlər naziri Vilayət Eyvazov, müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Mədət Quliyev, müdafiə nazirinin müavini Kərim Vəliyev, şəhidimizin yaxınları, ictimaiyyət və media nümayəndələri iştirak edirlər.

Dəfn mərasimi ilə əlaqədar İkinci Şəhidlər xiyabanında izdiham yaşanır.

**********

Şəhid Orxan Əsgərovun nəşi torpağa tapşırılması üçün İkinci Şəhidlər xiyabanına gətirilib. 

Azmedia.Az xəbər verir ki, dəfn mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, daxili işlər naziri Vilayət Eyvazov, müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Mədət Quliyev, müdafiə nazirinin müavini Kərim Vəliyev, şəhidimizin yaxınları, ictimaiyyət və media nümayəndələri iştirak edirlər.

 

**********

Şəhid Orxan Əsgərovla vida mərasimi başa çatıb. 

Azmedia.Az xəbər verir ki, mərasim mərhumun Yasamaldakı evinin qarşısında keçirilib. 

Şəhidimizin nəşi dəfn olunmaq üçün İkinci Şəhidlər xiyabanına aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!