Şəhid Orxan Novruzəlizadə ilə vida mərasimi keçirilir

SİYASƏT

12 May 2023 10:07

Oxunma sayi: 1700
Şəhid Orxan Novruzəlizadə ilə vida mərasimi keçirilir

Ermənistanın son hərbi təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Orxan Novruzəlizadənin cənazəsi Ağstafa rayonunda yaşadığı evə gətirilib. 

Azmedia.Az xəbər verir ki, hazırda şəhidimizlə vida mərasimi keçirilir.

Əldə etdiyimiz məlumata görə, şəhid Orxan Novruzəlizadə bu gün saat 11:00-da Ağstafa Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadə şəhid olub. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!