Şəkidə damdan yıxılan şəxs ölüb

ÖLKƏ

14 Sentyabr 2024 10:48

Oxunma sayi: 266
Şəkidə damdan yıxılan şəxs ölüb

Şəki sakini bədbəxt hadisə nəticəsində ölüb.

Azmedia.Az bildirir ki, report-un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Baş Göynük kəndində baş verib.

Kənd sakini 1973-cü il təvəllüdlü Orucov Nəzər İsfəndiyar oğlu qonşusunun evinin damını təmir edərkən yıxılıb.

51 yaşlı N. Orucov Şəki Rayon Mərkəzi Xəstəxanasına yərləşdirildikdən bir neçə saat sonra orada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!