Siyasətçi Suzuki ABŞ ı 1945

SİYASƏT

22 Dekabr 2022 16:19

Oxunma sayi: 430
Siyasətçi Suzuki ABŞ   ı 1945

Yaponiya parlamentinin yuxarı palatasının üzvü Muneo Suzuki ABŞ hökumətindən nəhayət, Xirosima və Naqasakiyə atılan atom bombalarına görə üzr istəməsini, həmçinin bu hərəkətlərin səhv olduğunu bəyan etməyi tələb edib.

RİA Novosti xəbər verir ki, bu barədə siyasətçi ABŞ prezidenti Co Baydenin 2023-cü ildə Naqasakiyə mümkün səfəri ilə bağlı nəşrləri şərh edərkən yazıb.

"Müharibənin bitməsindən 77 il keçməsinə baxmayaraq, atom bombalarını atan ABŞ heç vaxt üzr istəməyib. Hərəkətləri ilə bağlı "demokratiya, insan haqları və azadlıqlar”dan yüksək səslə danışan ABŞ-dır. Bəs nə üçün o, Yaponiyaya və dünyaya ABŞ-ın etdiklərini səmimi şəkildə demir? Səfər zamanı o, bu haqda danışmalıdır”, - deyə Muneo Suzuki öz internet səhifəsində bildirib.

ИнфоСМИ

Xatırladaq ki, 1945-ci il avqustun 6-da Amerika qoşunları dünyada ilk dəfə olaraq Yaponiyanın Xirosima şəhərinə uran bombası ataraq atom silahından istifadə ediblər. Sonra həmin il avqustun 9-da ABŞ Naqasaki şəhərinə plutonium bombası atdı. Yalnız 1945-ci ilin sonuna qədər partlayış və radiasiya xəstəliyindən ölənlərin sayı Xirosimada 90-160 min, Naqasakidə isə 60-80 min nəfər arasında qiymətləndirilir. 2014-cü ilə qədər qurbanların sayı 292 min nəfər idi. Bu bombardman hadisələri tarixdə atom silahından döyüş istifadəsinin yeganə hallarıdır.

2016-cı ildə Barak Obama Xirosimaya səfər edən ilk ABŞ prezidenti olub.

 

Mənbə: РИА Новости

Əliyeva Ülkər

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!