Siyavuş Novruzov: “Bələdiyyə seçkiləri Seçki Məcəlləsindən çıxarılmalıdır”

SİYASƏT

01 Fevral 2023 20:25

Oxunma sayi: 539
Siyavuş Novruzov:  “Bələdiyyə seçkiləri Seçki Məcəlləsindən çıxarılmalıdır”

“Seçki Məcəlləsinə müvafiq dəyişikliklər edilməlidir. Bələdiyyə seçkiləri Seçki Məcəlləsindən çıxarılmalı, ayrı qanunvericilik şəklində təqdim edilməlidir”.

Azmedia.Az  xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Siyavuş Novruzov çıxış edib.

O bildirib ki, bələdiyyə sədri olmaq istəyənlərin topladığı sənədlər prezidentliyə namizədlərin toplaması lazım olan sənədlərlə eynidir:

“Bələdiyyə seçkiləri ümumölkə səviyyəsində yox regional səviyyədə keçirilməlidir. Başqa ölkələrin praktikasında bu təcrübə var”.

O, həmçinin bələdiyyə üzvlərinin sayının azaldılmasını da təklif edib.

“Kim kimin dostu və ya tanışıdırsa hansısa qurumun regionlarda kiçik mərkəzini yaradırlar. Hesab edirəm ki, bu məsələyə də baxılmalıdır”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!