Slutski: “İlham Əliyev Qarabağı Vətənə qaytardı”

SİYASƏT

16 May 2023 00:40

Oxunma sayi: 890
Slutski:  “İlham Əliyev Qarabağı Vətənə qaytardı”

“Azərbaycan Prezidenti İlham Əliyev atasının əsas vəsiyyətlərindən birini yerinə yetirdi: Qarabağı Vətənə qaytardı”.

Bunu Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri, LDPR partiyasının lideri Leonid Slutski bildirib.

Deputat qeyd edib ki, Azərbaycan öz iqtisadiyyatını, sosial siyasətini, logistika infrastrukturunu gücləndirmək yolu ilə inamla gedir:

“Azərbaycan Rusiya üçün etibarlı strateji tərəfdaşdır”.

O qeyd edib ki, Heydər Əliyev müasir Azərbaycanla fəxr edə bilərdi:

“Azərbaycanın dahi oğlu Heydər Əliyevin anadan olmasından 100 il keçir və bu gün o, oğluna baxaraq, gördüyü işlərlə fəxr edə bilər. Azərbaycan postsovet məkanından çox-çox kənarda çiçəklənən iqtisadiyyata malik, enerji asılılığı olmayan müstəqil dövlətə çevrilib”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!