Şolz NATO nu Avropanın təhlükəsizliyinin əsas təminatçısı adlandırıb

SİYASƏT

01 Dekabr 2022 22:06

Oxunma sayi: 320
Şolz NATO   nu Avropanın təhlükəsizliyinin əsas təminatçısı adlandırıb

Şimali Atlantika Alyansı (NATO) müasir Avropada təhlükəsizliyin əsas təminatçısıdır.

Azmedia.Az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqlardan sonra jurnalistlərə açıqlamasında Almaniya kansleri Olaf Şolz deyib.

Xatırladaq ki, NATO rəhbəri Berlində rəsmi səfərdədir. Burada baş katiblə Almaniya kansleri arasında görüş olub.

Alyansın mühüm rolunu əsaslandırmaq üçün Şolz Ukraynada baş verənləri göstərib. Kansler həmçinin Finlandiya və İsveçin tezliklə Şimali Atlantika Alyansına qoşulacağına ümid etdiyini bildirib.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!