SON DƏQİQƏ: İsveç konstitusiyasını Türkiyəyə görə dəyişdi

SİYASƏT

17 Noyabr 2022 10:41

Oxunma sayi: 481
SON DƏQİQƏ: İsveç konstitusiyasını Türkiyəyə görə dəyişdi

İsveç konstitusiyası Türkiyəyə görə dəyişdirildi.

İsveç parlamenti ölkənin NATO-ya üzv ola bilməsi üçün konstitusiyaya düzəlişlər etməyi qəbul edib.

Türkiyə dövlətin əsas sənədində dəyişiklik edilməsində israr edib.

Azmedia.Az Euronews-a istinadən xəbər verir ki, Ankaranın tələbi ilə İsveç konstitusiyasına terrora qarşı daha sərt mübarizə ilə bağlı düzəlişlər edilib.

Dəyişikliklərin lehinə 349 deputatdan 278-i səs verib. Dəyişikliklər xüsusilə terror təşkilatlarında iştiraka görə cinayət məsuliyyətini genişləndirməyə imkan verir.

İsveç və Finlandiya 2022-ci ilin mayında NATO-ya üzv olmaq üçün müraciət ediblər.

Macarıstan və Türkiyə istisna olmaqla, alyansın 30 üzvündən 28-i bunu təsdiqləyib.

Mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!