Şoyqu Priqojinin qiyamından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı VİDEO

SİYASƏT

26 İyun 2023 10:28

Oxunma sayi: 524
Şoyqu Priqojinin qiyamından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı   VİDEO

Rusiyanın Müdafiə Nazirliyi qurumun rəhbəri Sergey Şoyqunun “Qərb” qoşun qrupunun “Ön xətdə idarəetmə məntəqəsi”nə baş çəkdiyini əks etdirən video yayıb.

Videonun dəqiq nə vaxt çəkildiyi və səfərin nə vaxt baş verdiyi məlum deyil.

Ancaq bildirilir ki, bu, “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin qiyam qaldırıb sonra da geri qayıtmasından sonra Şoyqunun ictimaiyyət arasında ilk görüntüləridir.

Xatırladaq ki, iyunun 23-də Priqojin Rusiyanın hərbi rəhbərliyini “Vaqner” düşərgələrinə hücumda və döyüşçüləri öldürməkdə günahlandırdı, buna cavab verəcəyini vəd etdi. Müdafiə Nazirliyi bu məlumatı təkzib edərək, təxribat kimi qiymətləndirdi. Ertəsi gün səhər Priqojin Rostovdakı və Voronejdəki hərbi obyektlərə nəzarəti və ÖHŞ döyüşçülərinin Moskvaya getmək niyyətini açıqladı. Amma axşam saatlarında bu planlarından əl çəkdi. Bundan əvvəl Minsk Priqojinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqları haqqında məlumat verdi. Bildirildi ki, danışıqlar zamanı ÖHŞ döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə razılıq əldə edilib. Kremldən onların məsuliyyətə cəlb edilməyəcəyi, Priqojinə qarşı silahlı qiyamın təşkili ilə bağlı (Cinayət Məcəlləsinin 279-cu maddəsi) cinayət işinə xitam veriləcəyi və onun Belarusa gedə biləcəyi vədi verildi.

Mənbə: Biznes online

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!