Sudanın keçmiş prezidenti xəstəxanada gizlənib

SİYASƏT

26 Aprel 2023 13:06

Oxunma sayi: 531
Sudanın keçmiş prezidenti xəstəxanada gizlənib

Sudanın prezidenti Ömər əl-Bəşir həbsxanaya hücumdan əvvəl həbsxanadan xəstəxanaya köçürülüb.

Qeyd olunur ki, siyasətçi səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirirlib və hazırda ona lazım olan bütün tibbi yardım göstərilir.

Sudanın keçmiş prezidentinin yaxın ətrafının həbsdən çıxmasından sonra onun da həbsdən qaça biləcəyi ehtimalı yaranıb. Lakin nəticədə siyasətçi hələ də həbsdədir.

Xatırladaq ki, Ömər əl-Bəşir 1993-cü ildən 2019-cu ilin aprelinə qədər, hərbi çevriliş nəticəsində hakimiyyətdən kənarlaşdırıldığı müddətdə Sudan prezidenti vəzifəsində çalışıb.

Aprelin 15-dən Sudanda nizami ordu ilə Çevik Hücum Qüvvələri arasında silahlı toqquşmalar davam edir. Münaqişənin səbəbi xüsusi təyinatlıların silahlı qüvvələrə planlaşdırılmış inteqrasiyası olub.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!