Sülhməramlılar Qarabağda separatçıların qanunsuz hərbi daşımalarına şərait yaradırlar VİDEO

SİYASƏT

02 İyun 2023 23:35

Oxunma sayi: 1477
Sülhməramlılar Qarabağda separatçıların qanunsuz hərbi daşımalarına şərait yaradırlar   VİDEO

Rusiya sülhməramlıları onlara müvəqqəti olaraq həvalə edilən missiyaya zidd olaraq növbəti dəfə qanunsuz erməni silahlı birləşmələrinin hərbi yüklər daşımasına şərait yaradıblar.

Görüntülərdən açıq-aşkar görünür ki, sülhməramlıların zirehli texnikasının müşayiəti ilə Xankəndi-Xəlfəli-Qaybalı yolu vasitəsilə növbəti dəfə qeyri-qanuni erməni silahlı birləşmələri döyüş mövqelərinə hərbi daşımaları həyata keçirirlər.

Həmin görüntüləri təqdim edirik:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!