Sumqayıtda dövlət qurumunda yoxlama aparılır

SİYASƏT

24 Fevral 2023 11:27

Oxunma sayi: 1009
Sumqayıtda dövlət qurumunda yoxlama aparılır

Sumqayıt Regional Mədəniyyət İdarəsində audit aparılır.

Hesablama Palatasından bildirilib ki, 2023-cü il İş Planına əsasən Sumqayıt Regional Mədəniyyət İdarəsində audit aparılır.

Həmçinin qeyd olunub ki, Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri barədə məlumatlar qanuna uyğun olaraq Milli Məclisə göndərildikdən sonra veriləcək.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi tabeliyində 15 regional idarə fəaliyyət göstərirdi. Belə ki, Sərəncama əsasən mövcud olan regional idarələr ləğv olunaraq, 12 regional idarənin yaradılması nəzərdə tutulub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!