Suriya Ukrayna ilə diplomatik əlaqələri kəsdi

SİYASƏT

20 İyul 2022 14:00

Oxunma sayi: 188
Suriya Ukrayna ilə diplomatik əlaqələri kəsdi

Suriya Ukrayna ilə diplomatik əlaqələri kəsib.

Bu barədə SANA agentliyi Suriya XİN-dəki mənbəyə istinadən xəbər verib.

Bu addımın qarşılıqlılıq prinsipinə uyğun olaraq atıldığı qeyd edilir.

Xatırladaq ki, Ukrayna hökuməti iyunun sonunda Dəməşqlə münasibətləri dayandırmaq qərarını açıqlayıb. Buna səbəb Suriyanın Donbasın və Luqanskın Rusiya ordusu tərəfindən müvəqqəti işğal olunmuş ərazilərinin “müstəqilliyi”ni tanıması qərarı olub. Kiyevdə bu qərar qeyri-dost hərəkət, dövlətin suverenliyinə və ərazi bütövlüyünə qəsd, Ukrayna qanunvericiliyinin və beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilib.

Ukrayna tərəfi həmçinin Suriyaya qarşı ticarət embarqosu, habelə Suriyanın hüquqi və fiziki şəxslərinə qarşı digər sanksiyaların tətbiqi prosedurlarına da başlayacağını açıqlayıb.

Bununla belə, Ukrayna Suriya ilə konsulluq əlaqələrini saxlayıb.

Mənbə: RBK

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!