Şuşa Xankəndi yolunda mətbuat nümayəndələrinin köməyinə Daxili Qoşunların hərbçiləri gəliblər – VİDEO

SİYASƏT

13 Dekabr 2022 17:30

Oxunma sayi: 356
Şuşa   Xankəndi yolunda mətbuat nümayəndələrinin köməyinə Daxili Qoşunların hərbçiləri gəliblər  – VİDEO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir.

Azmedia.Az xəbər verir ki, aksiya iştirakçılarının təhlükəsizliyini Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri igidliklə qoruyurlar.

Bunu aksiyanın ilk günündə (dünən, dekabrın 12-də) Rusiya sülhməramlıları “Report” İnformasiya Agentliyinin avtomobilinin qarşısını kəsərək əməkdaşları ilə kobud davranarkən DQ hərbçilərinin köməyə gəlməsini özündə əks etdirən videokadrlardan da görmək olar.

Biz - həm media əməkdaşları, həm də sıravi insanlar olaraq DQ hərbçilərinin hərəkətlərindən qürur duyduq və duyuruq.

Bu, həm də bizi arxayın edir ki, Azərbaycan jurnalistləri heç nədən çəkinmədən, istənilən şəraitdə öz fəaliyyətini uğurla davam etdirə bilərlər. Çünki ölkəmizin belə oğulları – hərbçiləri var. (Report)

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!