“Taliban” BMT yə vəd verib

SİYASƏT

22 Sentyabr 2022 14:07

Oxunma sayi: 321
“Taliban” BMT   yə vəd verib

Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” təşkilatı BMT işçilərini qoruyacağına dair öhdəlik götürüb.

Bu vədi Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Yardım Missiyasının (UNAMA) nümayəndəsi ilə görüşən Əmir Xan Muttaki verib.

“Taliban” rəsmisi bəyan edib ki, onlar dünya birliyi ilə konstruktiv və qarşılıqlı əlaqələr yaratmaqda maraqlıdırlar.

Xatırladaq ki, ötən ilin iyul ayında Heratda UNAMA-nın əməkdaşı “Taliban” silahlısının açdığı atəş nəticəsində həyatını itirmişdi.

Mənbə: Sputnik Əfqanıstan

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!