Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəman kimdir?

SİYASƏT

27 Yanvar 2023 15:22

Oxunma sayi: 597
Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəman kimdir?

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən şəxsin kimliyi məlum olub. 

Məlumata görə, həmin şəxs Vasif Tağıyevdir.

O, səfirliyimizə edilən terror aktı zamanı silahlı şəxsin üstünə əliyalın atılıb və onu zərərsizləşdirib.

Qəhrəmanımız ailəlidir, üç övladı var. V.Tağıyevin Şuşadan olduğu bildirilir. 

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərov qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Öldürülən baş leytenant O.Əsgərov Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovun oğludur. Onun iki övladı var. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!