Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəmanın son vəziyyəti açıqlandı VİDEO

SİYASƏT

02 Fevral 2023 16:17

Oxunma sayi: 561
Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəmanın son vəziyyəti açıqlandı   VİDEO

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyevin son vəziyyəti açıqlanıb. 

Onun anası Təranə Tağıyeva bildirib ki, oğlunun vəziyyəti nisbətən yaxşıdır:

“Hadisə zamanı altı qəlpə yarası alıb. Hazırda oğlum xəstəxanadadır və müalicəsi davam etdirilir. Biz də onunla görüşdük. Vəziyyəti bir az yaxşıdır”.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Mahir İmanov və Vasif Tağıyev hücumun qarşısını alarkən yaralanıb. 

Öldürülən baş leytenant O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!