Tehrandakı səfirliyimizə edilən terror aktında şəhid olan Orxan Əsgərov kimdir? YENİLƏNİB + FOTO/VİDEO

SİYASƏT

27 Yanvar 2023 13:22

Oxunma sayi: 818
Tehrandakı səfirliyimizə edilən terror aktında şəhid olan Orxan Əsgərov kimdir?   YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun atası həkimdir. 

Məlumata görə, onun atası Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovdur.

Artıq həkimə məlumat verilib. O, paytaxta yola düşüb.

O.Əsgərovun ölümü barədə hələ ki anasının məlumatı yoxdur.

O, vaxtilə ölkəmizin Moskvadakı diplomatik missiyasında da çalışıb.

************

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov baş leytenant olub. 

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. 

Şəhid O.Əsgərovun geriyə bir oğlu və bir qızı qalıb. 

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!