Tehranın polis rəisi vəzifəsindən kənarlaşdırıldı FOTO

SİYASƏT

27 Yanvar 2023 16:48

Oxunma sayi: 673
Tehranın polis rəisi vəzifəsindən kənarlaşdırıldı   FOTO

Tehranın polis rəisi general Hüseyn Rəhimi vəzifəsindən kənarlaşdırılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

İranın Baş Polis Komandanlığının əmri ilə general Abbasəli Məhəmmədiyan Tehranın polis rəisi vəzifəsinə təyin edilib.

O, Əlborz əyalətinin polis rəisi və Tehran Təhlükəsizlik Polisinin keçmiş rəhbəri olub.

Tehranın keçmiş polis rəisi general Rəhimi isə “Fəraca” İqtisadi Təhlükəsizlik Polisinin rəhbəri təyin edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!