Təxribat xarakterli “təlimlər” və Rusiya sülhməramlılarının qəribə susqunluğu VİDEO

SİYASƏT

25 May 2023 04:02

Oxunma sayi: 870
Təxribat xarakterli “təlimlər” və Rusiya sülhməramlılarının qəribə susqunluğu   VİDEO

Rusiya sülhməramlı kontingentinin Qarabağ iqtisadi rayonundakı müvəqqəti məsuliyyət zonasında erməni qeyri-qanuni silahlı birləşmələrinin təxribat fəaliyyəti davam edir.

Etibarlı mənbələrdən “Minval”a daxil olan məlumata görə, əldə olunmuş razılaşmalara və Rusiyanın öhdəliklərinə zidd olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda qalan erməni qanunsuz silahlı birləşmələri bu dəfə öz “tədbirlərini” Xocalı şəhərində yerləşən hərbi poliqonda keçirirlər.

Xatırladaq ki, Xocalı aeroportunun ərazisində sülhməramlıların bazası yerləşir və qanunsuz erməni silahlıları birbaşa sülhməramlıların gözü qarşısında hərbi təlimlər, o cümlədən atəş hazırlığı həyata keçirirlər. Rusiya sülhməramlılarının rəhbərliyi isə digər tərəfə baxmağa davam edir.

Onlar xatırlamır ki, 10 noyabr tarixli Üçtərəfli Bəyanata əsasən, “Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir”. Lakin sülhmərmalıların komandanlığı öhdəliklərini yerinə yetirməyə tələsmir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!